IMG-LOGO

Ekspertlərin fikrincə, İspaniyanın dəniz səddi miqrant axınını yalnız müvəqqəti azaldacaq

03 Aug 2026 01:16 2 baxış
IMG

Ekspertlərin fikrincə, Mərakeşdən qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün İspaniya tərəfindən Seuta muxtar şəhərinin yaxınlığında quraşdırılan yeni dəniz maneələri sistemi qeyri-qanuni miqrasiya problemini həll edə bilməyəcək. .

"Report" xəbər verir ki, mütəxəssislər üzən baryerin yalnız əlavə təhlükəsizlik tədbiri olacağını və sərhədin qeyri-qanuni keçilməsi hallarının sayını sadəcə müvəqqəti olaraq azalda biləcəyini hesab edirlər.

Miqrasiya məsələləri üzrə ekspert Əbdülhəmid Camur qeyd edib ki, nəzarət tədbirlərinin sərtləşdirilməsi həmişə onlardan yan keçməyin yeni yollarının ortaya çıxmasına səbəb olur. O, misal olaraq cinayətkar şəbəkələrin bahalı radiolokasiya müşahidə sistemlərindən yan keçməyin yollarını tapdığı Kanar adalarındakı vəziyyəti göstərib.

Onun fikrincə, qeyri-qanuni miqrasiyanın səbəblərinin aradan qaldırılmasını və miqrantların mənşə, tranzit və təyinat ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan kompleks yanaşma olmadan texniki tədbirlər məhdud təsirə malik olacaq.

Mənbə: report.az

Xəbər lenti