Böyük Britaniya 2027-ci il prezident seçkilərində "Milli Birlik" parlament fraksiyasının lideri Marin Le Penin və ya "Təslim olmayan Fransa" Partiyasının qurucusu Jan-Lük Melanşonun qələbə qazanacağı təqdirdə, Fransanın "istəklilər koalisiyası"ndan çıxışından ehtiyat edir.
"Report" "The Daily Telegraph"a istinadən xəbər verir ki, Londonda Fransada hakimiyyət dəyişikliyinin "istəklilər koalisiyası"nın gələcəyini və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığı sual altında qoya biləcəyini hesab edirlər.
Nəşrin məlumatına görə, NATO ölkələrinin diplomatik dairələrində artıq Ukraynanın əsas Avropa müttəfiqlərindən biri qismində Fransanı hansı ölkənin əvəz edə biləcəyi müzakirə olunur. Ən ehtimal olunan namizəd kimi Almaniya nəzərdən keçirilir, lakin daxili siyasi vəziyyət Berlinin imkanlarını məhdudlaşdıra bilər.
Qeyd edək ki, "istəklilər koalisiyası" 2025-ci ilin yazında Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılıb və Ukraynaya dəstək göstərən 30-dan çox dövləti birləşdirir.
Mənbə: report.az