IMG-LOGO

Azərbaycanlı müğənninin mahnısı Ukraynada qalmaqal YARATDI

19 Jan 2024 13:52 247 baxış
IMG

Qərbi Ukraynanın Volın vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərinin dul arvadı gənclərin küçədə ifa etdiyi rus mahnısı ilə bağlı qalmaqala səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, gənclər Lutskdakı Lübart qəsri yaxınlığında rus mahnıları oxuyublar.

Həmin qadın Azərbaycan əsilli rusiyalı ifaçı Elbrus Canmirzoyevin “Avara” mahnısını oxuyan könüllü gəncləri lentə alıb.

“Ağıllı insanlar musiqini sakitcə susdurar və başqalarına hörmət edərək bu “Avara” mahnısını oxumazdılar. Amma yox. Qızlara nə qədər sərt olduqlarını, ağızlarını necə aça bildiklərini göstərmək lazımdır”.

Mənbə: lent.az

Xəbər lenti