Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 89 yaşlı Allahverən Alış oğlu Əliyevi yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
salyan piyada qəzaMənbə: lent.az