IMG-LOGO

PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib

17 Nov 2026 21:47 11 baxış
IMG

Niderlandın PSV klubu "Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüynenin transferi ilə bağlı İtaliya təmsilçisinə ilk təklifini göndərib.

"Report" xəbər verir ki, bu barədə NOS nəşri məlumat yayıb.

PSV 35 yaşlı belçikalı futbolçu üçün təxminən 2 milyon avro təklif edib. "Napoli"nin bu təklifə münasibəti hələlik məlum deyil. Lakin qarşı tərəfin daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.

De Brüynenin özü də PSV-yə keçməkdə maraqlıdır. Yarımmüdafiəçi ailəsi ilə birlikdə Belçikaya qayıtmaq istəyir. Bu, ona Eyndhoven şəhərinə rahat şəkildə gedib-gəlmək imkanı verəcək. Futbolçu transferin reallaşması üçün maaşında ciddi azalmaya getməyə də hazırdır.

Qeyd edək ki, De Brüyne 2025-ci ilin yayında azad agent kimi "Mançester Siti"dən "Napoli"yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Belçikalı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: report.az

Xəbər lenti