IMG-LOGO

Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

17 Nov 2026 20:53 12 baxış
IMG

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.

Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.

Mənbə: report.az

Xəbər lenti