IMG-LOGO

Ankarada Fikrət Əmirovun "Nizami" simfoniyası təqdim olunacaq

17 Nov 2026 20:01 12 baxış
IMG

Ankarada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunan konsert proqramı keçiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, noyabrın 18-də Ankara Dövlət Konservatoriyasında Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyası səsləndiriləcək.

Professor Burak Tüzünün dirijorluğu ilə təqdim olunacaq konsert Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində baş tutacaq.

1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnən simfoniya Azərbaycan milli musiqi ənənələrinin klassik simfonik musiqi ilə vəhdətinin nümunəsidir.

Layihənin məqsədi Azərbaycan klassik musiqisini və milli-mədəni irsini Türkiyədə təbliğ etməkdir.

Mənbə: report.az

Xəbər lenti