IMG-LOGO

Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib

17 Nov 2026 21:23 10 baxış
IMG

Türkiyənin Van şəhərində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar noyabrın 17-də yerli vaxtla saat 18:57-də baş verib. Zəlzələnin episentri Van gölündə, Gevaş rayonu yaxınlığında, ocağı isə 13,61 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Mənbə: report.az

Xəbər lenti