IMG-LOGO

Xətibzadə: İran son müharibələrdə mövcudluq mübarizəsi aparıb

17 Nov 2026 19:09 13 baxış
IMG

İran 12 və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

"İran 12 günlük və 40 günlük müharibələrdə mövcudluq mübarizəsi ilə üz-üzə idi. ABŞ bu müharibələrdə məğlubiyyətlə üzləşib və öz hədəflərinə çata bilməyib", - o deyib.

Xətibzadənin fikrincə, ABŞ və İsrailə qarşı müharibədə qalib tərəf İrandır: "İndi ən vacib məsələ bu qələbənin möhkəmləndirilməsidir".

O həmçinin İranın müdafiə doktrinasında nüvə silahına yer olmadığını xatırladıb.

Mənbə: report.az

Xəbər lenti