Dünya şöhrətli amerikalı müğənni Beyons musiqi dünyasının ən nüfuzlu mükafatlarından olan “Grammy” tarixində yeni rekorda imza atıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur sənətçi 2027-ci il “Grammy” mükafatları üçün aldığı yeni namizədliklə karyerası ərzində 100 dəfə bu mükafata namizəd göstərilən ilk ifaçı olub.
Qeyd edək ki, 2027-ci il fevralın 7-də keçiriləcək 69-cu “Grammy” mükafatlandırma mərasiminin namizədləri artıq açıqlanıb. Beyons “Morning dew (donk)” mahnısı ilə “Ən yaxşı solo R&B ifası” kateqoriyasında namizəd göstərilib. Bununla da sənətçinin karyerası ərzində ümumi namizədlik sayı 100-ə çatıb.
“Grammy” namizədliklərində daha bir rekorda britaniyalı müğənni Raye imza atıb. Sənətçi eyni ildə 11 nominasiya qazanaraq qadın ifaçılar arasında ən yüksək göstəriciyə şərik olub. Bundan əvvəl Beyons da bir ildə 11 kateqoriyada namizəd göstərilərək bu nəticəyə nail olmuşdu.
69-cu “Grammy” mükafatlarının qalibləri 2027-ci il fevralın 7-də elan ediləcək.
Beyons Grammy mükafatMənbə: lent.az