Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Əliyev Allahverən Alış oğlu yolu keçmək istəyən zaman "Mersedes" markalı avtomobil onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az