IMG-LOGO

Okeanın dibində bir daşın içindən 245 canlı tapıldı

17 Nov 2026 21:51 7 baxış
IMG
1 0  

Alimlər Sakit okeanın dərinliklərində yerləşən metal tərkibli daşların içərisində gözlənilməz dərəcədə zəngin canlı aləmi aşkar ediblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Bremen Universitetinin Dəniz Elmləri Mərkəzinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatçılar Sakit okeanın Klarion–Klipperton bölgəsindən götürülmüş 244 polimetal konkresiyanı öyrəniblər. Bunlar milyonlarla il ərzində formalaşan və tərkibində müxtəlif metallar olan təbii daşabənzər strukturlardır.

Alimlər daşların içərisindəki çatlarda və boşluqlarda ümumilikdə 4139 kiçik heyvan aşkar ediblər. Hər daşda orta hesabla 17 canlı tapılıb. Lakin nümunələrdən birində 245 fərd müəyyən olunub.

Tədqiqatçıların fikrincə, bu tapıntı dənizin dərinliklərində metal hasilatının ətraf mühitə təsirini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Belə daşlar yalnız mineral ehtiyatı deyil, eyni zamanda kiçik canlıların yaşayış mühitidir.

 

 

Sakit okean dəniz canlıları okean dibi

Mənbə: lent.az

Xəbər lenti