IMG-LOGO

Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb

17 Nov 2026 18:55 13 baxış
IMG

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.

Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.

Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı.

Mənbə: report.az

Xəbər lenti