IMG-LOGO

Şeybani: Türkiyədəki 700 mindən çox vətəndaşımız Suriyaya qayıdıb

17 Nov 2026 18:34 12 baxış
IMG

İndiyədək 700 mindən (775 389-red.) çox suriyalı Türkiyədən öz ölkəsinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin (XİN) başçısı Əsəd Həsən Şeybani türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

"Bu qayıdışın təhlükəsiz formada həyata keçirilməsi üçün Türkiyə ilə əməkdaşlığı davam etdiririk", - Suriyanın XİN rəhbəri bildirib.

O vurğulayıb ki, Suriya ilə Türkiyə regional təhlükəsizlik baxımından da əməkdaşlığı davam etdirir.

Mənbə: report.az

Xəbər lenti