IMG-LOGO

CNN: ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb

17 Nov 2026 20:50 12 baxış
IMG

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulan daxili şəbəkəsi fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "NSA Net" adlı şəbəkə qurumun əməkdaşları tərəfindən məxfi məlumatların daxili ötürülməsi üçün istifadə olunur. Bununla yanaşı, hazırda nasazlığın səbəbinin kiberhücum olduğuna dair heç bir dəlil yoxdur.

Agentlik problemin miqyasını müəyyənləşdirməyə çalışdığı bir vaxtda, əməkdaşlar üçün işə fərqli vaxtlarda gəlmə qrafiki tətbiq edilib.

Mənbə: report.az

Xəbər lenti