IMG-LOGO

Zelenski nöqtəni qoydu: Donbası verməyəcəyik

11 Nov 2026 03:52 2 baxış
IMG
2 0

Ukrayna prezidenti Volodimir Zelenski Donbasın Rusiya ilə sülh razılaşması müqabilində təhvil verilməsini qəbul etməyəcəklərini bildirib.

Lent.az xəbər verir ki, Zelenski bu barədə Danimarkanın “DR Nyheder” nəşrinə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi Donbasın NATO-ya bənzər təhlükəsizlik zəmanətləri müqabilində verilməsi təklifini irəli sürüb.

Lakin Zelenski bu zəmanətlərin konkret nələri əhatə edəcəyini soruşub və Ukraynanın NATO-ya üzv olmayacağı halda təhlükəsizliyinin necə təmin ediləcəyini gündəmə gətirib.

Prezident hesab edir ki, Ukrayna Donbasdan geri çəkilsə, Rusiya müharibəni dayandırmayacaq, sadəcə fasilə verərək bir, iki və ya beş ildən sonra yenidən hücuma keçə bilər.

Zelenski müharibənin dayandırılmasının ən sürətli yolunun mövcud cəbhə xəttində atəşkəs elan edilməsi və danışıqların diplomatik müstəvidə davam etdirilməsi olduğunu vurğulayıb.

Zelenski Ukrayna Donbas Rusiya

Mənbə: lent.az

Xəbər lenti