IMG-LOGO

Tofiq Əliyev: Gələcəkdə dünya çempionatında qızıl medal qazanacağam

10 Nov 2026 21:59 4 baxış
IMG

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev dünya çempionatında fərdi yarışlarda ilk medalını qazanıb.

"Report" xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

İdmançı yarışın çətin keçdiyini, komanda hesabında ardıcıl üçüncü dəfə ard-arda qızıl medal qazandıqlarını vurğulayıb.

O, yarışlarda gümüş medal əldə etməsinə baxmayaraq, ruhdan düşmədiyini bildirib:

"Gümüş medal qazanmağıma baxmayaraq, ruhdan düşmürəm. Qarşıda hələ çox dünya çempionatı olacaq. Ümid edirəm ki, gələcəkdə qızıl medal da qazanacağam".

T. Əliyev dörd gün davam edən yarış ərzində altı kombinasiya yerinə yetirdiyini, onlardan beşində səhvə yol vermədiyini qeyd edib. Onun sözlərinə görə, yalnız son final çıxışında çətinliklə üzləşib:

"Finalda risk etməli idim, amma bunu etmədim. Portuqaliyalı rəqibimlə aramızdakı xal fərqi də çox deyildi".

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.

Mənbə: report.az

Xəbər lenti