İspaniyanın "Barselona" klubu portuqaliyalı müdafiəçi Joau Kanselunu heyətinə qatdığını rəsmən elan edib.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmır. Kanselu müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.
2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edən J.Kanselu daha əvvəl də "Barselona"da forma geyinib.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun bazar dəyərini 10 milyon avro qiymətləndirir.