IMG-LOGO

Əraqçi ABŞ-nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA-ya etiraz məktubu ünvanlayıb

11 Nov 2026 01:44 6 baxış
IMG

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikasının nüvə proqramı ilə bağlı Vaşinqtona məlumat ötürənlərə 20 milyon dollar təklifinə etiraz edib və mövzuya dair BMT ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məktub ünvanlayıb.

"Report" IRIB-yə istinadən xəbər verir ki, məktubu İranın XİN başçısı Abbas Əraqçi yazıb.

"Xarici işlər naziri Abbas Əraqçi ABŞ Dövlət Departamentinin İranın nüvə proqramı barədə məlumat verilməsi müqabilində 20 milyon dollara qədər mükafat təklif etməsi ilə bağlı bəyanatına sərt reaksiya verib", - məlumatda deyilir.

İranın baş diplomatının məktubunda ABŞ-nin bəyanatı "nifrət doğuran və təəssüfverici" adlandırılıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti informatorların və onların ailələrinin köçürülməsi imkanını da nəzərdə tutaraq, İranın nüvə proqramı haqqında məlumata görə 20 milyon dollara qədər mükafat elan edib.

Təklif "Ədalət naminə mükafat" (Rewards for Justice, RFJ) proqramı çərçivəsindədir.

Mənbə: report.az

Xəbər lenti