IMG-LOGO

Sibiqa: Ukrayna Qara dənizdə və energetika sahəsində atəşkəslə bağlı təkliflərini təqdim edib

10 Nov 2026 22:39 3 baxış
IMG

Ukrayna Qara dənizdə və energetika sektorunda Rusiya Federasiyası ilə atəşkəsə dair təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa G7 ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair bildirib.

Onun sözlərinə görə, Kiyev deeskalasiyanın tərəfdarıdır və Moskvanın cavabını gözləyərək atəşkəs üçün öz yanaşmalarını təklif edir. Bu məsələlər həmçinin Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar çərçivəsində də müzakirə olunur.

Sibiqa qeyd edib ki, danışıqların əsas mövzuları arasında Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri, eləcə də müharibənin başa çatmasını sürətləndirə biləcək Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin mümkün görüşü yer alır.

Qeyd olunur ki, BƏƏ-də danışıqların ilk raundu təxminən dörd saat davam edib. Mənbələrin məlumatına görə, tərəflər həmçinin Ukraynanın müharibədən sonrakı bərpası və Avropa təhlükəsizlik arxitekturasının perspektivlərini müzakirə ediblər. Bundan başqa, yaxın vaxtlarda hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılığın əldə olunduğu bildirilir.

Əbu-Dabidəki danışıqlar noyabrın 11-də davam etməlidir.

Mənbə: report.az

Xəbər lenti