IMG-LOGO

Con Kerri ABŞ-nin iqlim dəyişikliyi ilə fəal mübarizəyə qayıtdığını bildirib

10 Nov 2026 23:23 2 baxış
IMG

ABŞ-nin keçmiş dövlət katibi Con Kerri Birləşmiş Ştatların iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərdə fəal iştiraka qayıdacağına əminliyini ifadə edib.

"Report"un "Health Policy Watch"a istinadən verdiyi məlumata görə, o bunu noyabrın 10-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) bildirib.

Kerri beynəlxalq əməkdaşlığın azalmasını, ekoloji normaların zəifləməsini və bərpa olunan enerji mənbələrinə yetərsiz dəstəyi qeyd edərək, ABŞ Prezidenti Donald Tramp administrasiyasının iqlim siyasətini tənqid edib. Onun fikrincə, ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələri amerikalıların ekoloji təmiz texnologiyaların inkişafını və iqlim sahəsində beynəlxalq tərəfdaşlığın bərpasını dəstəkləməyə hazır olduğunu göstərir.

"ABŞ-dəki seçkilər inandırıcı şəkildə sübut edib ki, amerikalılar öz gələcəklərini geri qaytarmaq niyyətindədirlər və biz tərəfdaşlıq münasibətlərimizi quracaq, bərpa edəcəyik", - keçmiş dövlət katibi bildirib.

O, vurğulayıb ki, təmiz energetikanın inkişafı yalnız iqlim dəyişikliyi ilə mübarizə üçün deyil, həm də dövlətlərin milli təhlükəsizliyinin və iqtisadi müstəqilliyinin təmin edilməsi üçün əhəmiyyət daşıyır.

"Təmiz enerji, sadəcə iqlim strategiyası deyil, həm də milli təhlükəsizlik strategiyası, iqtisadi strategiya və ölkələrə öz gələcəkləri üzərində daha böyük nəzarət təmin etmək üsuludur", - Kerri qeyd edib.

Bu arada, COP31-də təqdim olunan "Global Carbon Budget" illik hesabatına görə, 2026-cı ildə qazıntı yanacağının istifadəsindən yaranan qlobal karbon qazı emissiyaları 0,4% azalaraq 38,2 milyard tona düşə bilər.

Emissiyaların azalmasının səbəblərindən biri dünya neft qiymətlərinin artması və İranla müharibə, eləcə də Hörmüz boğazı vasitəsilə gəmiçiliyin pozulması fonunda enerji daşıyıcılarının tədarükündəki fasilələr olub.

Tədqiqatçıların qiymətləndirməsinə görə, neft istifadəsi ilə bağlı emissiyalar 1,9% azalacaq.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, geosiyasi sarsıntılarla əlaqədar emissiyaların azalması iqlim probleminin davamlı həlli deyil.

Qazıntı yanacağından yaranan emissiyaların gözlənilən azalmasına baxmayaraq, tədqiqatçıların hesablamalarına görə torpaqdan istifadədəki dəyişikliklər nəzərə alınmaqla CO₂ emissiyalarının ümumi həcmi 42,8 milyard tondan 43,3 milyard tona qədər artacaq.

Mənbə: report.az

Xəbər lenti