IMG-LOGO

İsrail HƏMAS-ın tərk-silah olunması ilə bağlı vasitəçilərə çağırış edib

11 Nov 2026 02:02 5 baxış
IMG

İsrail beynəlxalq vasitəçiləri ABŞ Prezidenti Donald Trampın sülh planının reallaşdırılması üçün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırıb.

"Report" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasının bəyanatında deyilir.

"İsrail Prezident Trampın 20 bəndlik planının reallaşa bilməsi üçün vasitəçiləri HƏMAS-dan Qəzzanın bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırır", - bəyanatda deyilir.

Dəftərxanadan vurğulayıblar ki, ABŞ-nin planına əsasən, bərpa işlərinə başlanmazdan əvvəl HƏMAS silahı yerə qoymalı, Qəzza zolağı isə hərbsizləşdirilməlidir.

"İndiyədək HƏMAS bir ədəd də olsun silah təhvil verməyib", - bəyanatda deyilir.

Dəftərxanadan əlavə ediblər ki, İsrail ABŞ və Sülh Şurası ilə sıx əməkdaşlıq edir, Trampın planının uğurla həyata keçirilməsinə sadiq qalır.

Mənbə: report.az

Xəbər lenti