ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidəki (BƏƏ) danışıqlarının ilk günü çərçivəsindəki bugünkü konstruktiv müzakirələr ümidvericidir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner danışıqlarda iştirakının yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Prezident Trampın tapşırığına əsasən, biz bu dağıdıcı müharibəyə (RF və Ukrayna arasında-red.) son qoymaq, eləcə də suveren, təhlükəsiz Ukrayna və bütün Avropada davamlı sülh üçün zəruri olan təhlükəsizlik mexanizmlərini yaratmaq üzərində işləyirik", - o davam edib.
Kuşnerin sözlərinə görə, son iki ay ərzində Amerika tərəfi Rusiya və Ukrayna liderləri ilə məhsuldar müzakirələr aparıb və münaqişənin hər iki tərəf üçün məqbul şərtlərlə tezliklə nizamlanmasına köklənib.
Mənbə: report.az