IMG-LOGO

"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib

10 Nov 2026 21:56 4 baxış
IMG

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə bitib - 91:72.

Xatırladaq ki, Azərbaycan təmsilçisi III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.

Mənbə: report.az

Xəbər lenti