Milli Basketbol Assosasiyasında (NBA) bu gün keçirilməli olan "Çikaqo" - "Mayami" oyunu təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma meydançada rütubətin çox olması səbəbindən nəzərdə tutulan tarixdə baş tutmayıb.
Qeyd edək ki, "Mayami" Şərq Konfransında 20 qələbə ilə 7-ci pillədə qərarlaşıb. "Çikaqo" isə 17 qalibiyyətlə onuncudur.