IMG-LOGO

Yenilik: Balın bitki mənşəyini süni intellekt müəyyən edəcək

10 Nov 2026 23:11 2 baxış
IMG
0 0

 

Türkiyədə balın hansı bitkilərin nektarından əldə edildiyini müəyyənləşdirmək və saxta məhsullarla mübarizə aparmaq üçün süni intellekt əsaslı sistem hazırlanır.

APA xəbər verir ki, layihə OTDÜ, Ankara Universiteti və Hacettepe Universitetinin əməkdaşlığı ilə həyata keçirilir və TÜBİTAK tərəfindən dəstəklənir.

“AutoPol” adlanan layihə çərçivəsində bal nümunələrindəki tozcuqlar xüsusi mikroskop vasitəsilə skan ediləcək, süni intellekt isə onların növünü və sayını müəyyənləşdirəcək. Bununla balın hansı bitkidən əldə edildiyi və üzərində göstərilən xüsusiyyətlərə uyğun olub-olmadığı yoxlanılacaq.

Layihənin rəhbəri, doktor Babür Erdem bildirib ki, hazırda bu analizlər mütəxəssislər tərəfindən uzun müddət ərzində aparılır. Yeni sistem prosesi avtomatlaşdıraraq yoxlamaları sürətləndirəcək.

Layihənin digər məqsədi Türkiyənin ilk milli rəqəmsal tozcuq məlumat bazasını yaratmaqdır. Gələcəkdə sistemdən havadakı allergenlərin izlənilməsi və hava keyfiyyətinin qiymətləndirilməsi üçün də istifadə oluna bilər.

bal süni intellekt

Mənbə: lent.az

Xəbər lenti