IMG-LOGO

Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib

04 Nov 2026 14:29 2 baxış
IMG

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

"Report" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəsmisi "Kəpəz" - "İmişli" matçında baş hakimin səhv qərar verdiyini söyləyib.

R.Həsənovun sözlərinə görə, "İmişli"nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.

Bundan əlavə, sədr "Sumqayıt" - "Şəfa" qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.

Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib

Mənbə: report.az

Xəbər lenti