Rusiya və Qazaxıstanın müdafiə nazirləri Andrey Belousov və Aydos Mırzaxmetov 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıblar.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, sənəd Astanada imzalanıb.
Məlumata görə, plan hərbi kadrların hazırlığı, döyüş hazırlığı və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.
Müdafiə qurumlarının rəhbərləri hərbi təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək, döyüş və peşə hazırlığı üzrə təcrübə mübadiləsi aparmaq niyyətində olduqlarını qeyd ediblər. Eyni zamanda, müəllimlərin qarşılıqlı fəaliyyəti, birgə elmi-praktik konfrans və seminarların keçirilməsi imkanları nəzərdən keçirilir.
Mənbə: report.az