IMG-LOGO

Bəyi toydan sonra belə sınağa çəkdilər - ŞOK GÖRÜNTÜLƏR

04 Nov 2026 14:30 3 baxış
IMG
0 0

Türkiyənin Sakarya vilayətində toy mərasimindən sonra bəyi dirəyə bağlayaraq üzərinə un, kola, ketçup və mayonez töküblər, başında yumurta sındırıblar.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Sakaryanın Kaynarca rayonunun Hatiplər məhəlləsində baş verib.

Toydan sonra yeni evlənən İsa Bayrak dostlarının hazırladığı qeyri-adi zarafatla üzləşib. Dostları bəyin əl və ayaqlarını məhəllədəki dirəyə bağlayaraq onun üzərinə un, kola, duru yağ, ketçup və mayonez töküblər.

Bununla kifayətlənməyən dostları bəyin başında yumurta da sındırıblar.

Ətrafdakıların marağına səbəb olan görüntülər mobil telefonlarla lentə alınıb.

Zarafat başa çatdıqdan sonra dostları gətirdikləri su qabları ilə bəyin üzərini təmizləyiblər.

Onlar “Səni hamama aparaq” deyərək zarafatı gülüşlə yekunlaşdırıblar.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr dünyadan xəbərlər video videolent bəy toy

Mənbə: lent.az

Xəbər lenti