IMG-LOGO

Gələn il bitkilərin mühafizəsinə 6 milyon manata yaxın vəsait sərf olunacaq

04 Nov 2026 15:52 3 baxış
IMG

Gələn il Azərbaycanda dövlət büdcəsindən bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması üçün 5,7 milyon manat ayrılacaq.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

Büdcə zərfinə əsasən, aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsi üçün isə 7,8 milyon manat nəzərdə tutulub. ​Növbəti ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2,9 milyon manat təşkil edəcək.

Mənbə: report.az

Xəbər lenti