Qazaxıstanın dövlət borcu təxminən 38,8 trilyon təngəyə (85,6 milyard ABŞ dolları) və ya ÜDM-in 20,2 %-nə çatıb.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Madi Takiyev Qurultayda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, dövlət borcunun müəyyən edilmiş son həddi ÜDM-in 32 %-ni təşkil edir. Keçirilmiş stres-test göstərib ki, 2030-cu ilə qədər bu göstərici ÜDM-in 25 %-ni aşmayacaq.
M.Takiyev bildirib ki, borcalmaya olan ehtiyacı azaltmaq üçün hökumət öz gəlirlərinin artırılması və büdcə kəsirinin azaldılması üzərində işləyir. Doqquz ayın yekunlarına görə, gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artıb. İlin sonuna qədər Maliyyə Nazirliyi daxilolmalar üzrə planı tam yerinə yetirəcəyini gözləyir.
Büdcə kəsirinin 2029-cu ilə qədər hazırkı 2,5 %-dən ÜDM-in 0,4 %-nə qədər azaldılması planlaşdırılır.
Mənbə: report.az