Amerikalı dəniz piyadası Yaponiyanın Okinava adasında təlimlər zamanı baş vermiş insident nəticəsində ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dəniz Piyadaları Korpusunun bəyanatına istinadən məlumat yayıb.
"3-cü Dəniz Piyadaları Diviziyası dərin hüznlə 2026-cı il noyabrın 3-də Yaponiyanın Okinava adasında yerləşən Kemp-Şvab bazasında təlimlər zamanı baş verən insident nəticəsində dəniz piyadasının həlak olduğunu bildirir", - bəyanatda qeyd olunub.
Hərbi qulluqçunun ölümü barədə təfərrüatlar açıqlanmır.
Mənbə: report.az