IMG-LOGO

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

04 Nov 2026 15:49 3 baxış
IMG

Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

"Report"un məlumatına görə, K. İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, K. İmanovun noyabrın 5-də 80 yaşı tamam olacaq.

Mənbə: report.az

Xəbər lenti