IMG-LOGO

Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmalıdır"

04 Nov 2026 13:31 3 baxış
IMG

Peşəkar fiskal idarəetmədə cari xərclərin artım tempi, qeyri-neft gəlirlərinin artım tempi və inflyasiya ilə müqayisə olunur.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

"Büdcə zərfi"nə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Hesab edirik ki, bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından mühüm indikatordur və təqdirəlayiq hədəfdir", - deyə o qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər və qeyri-neft-qaz gəlirlərinin hüquqi əsaslarına yenidən baxılması zəruridir: "Məsələn, qanunvericiliyin tələbləri əsasında hesablamalarımıza əsasən, qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var. Belə ki, ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığımlar 98 milyon manat nəzərdə tutulur və izahata əsasən, bu məbləğ dövlət büdcəsinin neft-qaz gəlirlərinə aid edilir. Lakin "Büdcə sistemi haqqında" qanuna əsasən, dövlət büdcəsinin neft-qaz gəlirlərinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər daxil edilir. Dediyim mənbə isə vergi ödənişi deyil".

Mənbə: report.az

Xəbər lenti