Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi “Cemre ilə TBT” proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb.
Göçər bildirib ki, tibb fakültəsini bitirdikdən sonra musiqi ilə məşğul olmaq istəyib. Bu məqsədlə Dövlət Opera və Baletinin o zamankı rəhbəri Yekta Kara ilə görüşsə də, ona uyğun yer tapılmayıb.
Bundan sonra ixtisas imtahanına yenidən hazırlaşan sənətçi İstanbulda ümumi cərrahiyyə üzrə rezidenturaya qəbul olunub. Musiqi təhsilini davam etdirmək üçün konservatoriyaya yaxın xəstəxanada çalışmağı seçib.
Uzun illər hər iki peşə ilə məşğul olan Göçər 2015-ci ildə cərrahlıqdan ayrılmaq qərarına gəlib.
“Ağlayaraq ayrıldım. Ən kiçik səhv xəstənin həyatı bahasına başa gələ bilər”, – deyə müğənni bildirib.
Sənətçi vurğulayıb ki, musiqi fəaliyyətinin intensivləşməsi səbəbindən xəstələrin təhlükəsizliyini riskə atmamaq üçün həkimlikdən imtina edib.
Fərhat Göçər müğənni musiqi

Mənbə: lent.az