IMG-LOGO

21 marşrutun hərəkət sxemi dəyişdirildi

29 Aug 2026 13:32 4 baxış
IMG
2 0

Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək. 

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

marşrut avtobus hərəkət sxemi sosial xəbərlər AYNA

Mənbə: lent.az

Xəbər lenti