IMG-LOGO

Elşad Xosedən YENİ PAYLAŞIM

29 Aug 2026 11:08 5 baxış
IMG
0 0

Ötən ay psixiatriya xəstəxanasına yerləşdirildiyi barədə məlumat yayılan repçi Elşad Xose sosial şəbəkə hesabında yeni paylaşım edib.

Lent.az xəbər verir ki, reper "Instagram" sosial şəbəkəsinin hekayə bölümündə əlinin fotosunu paylaşıb.

O, 24 min izləyicisi olan həmin səhifəsindəki digər bütün paylaşımları silərək, yalnız birini saxlayıb.

Qeyd edək ki, iyulun 28-də mediada Elşad Xosenin psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə xəbərlər yayılıb. Qeyd olunub ki, repçinin səhhətində ciddi narahatlıq yaranıb və o, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

maqazin xəbərləri şou-biznes xəbərləri Elşad Xose psixiatriya xəstəxanası

Mənbə: lent.az

Xəbər lenti