IMG-LOGO

Mingəçevir su anbarında balıqçı BOĞULDU

29 Aug 2026 10:09 2 baxış
IMG
0 0

Mingəçevir su anbarında balıqçı boğulub.

Lent.az-ın xəbərinə görə, hadisə su anbarının Samux rayonu ərazisinə düşən hissəsində, Alazan çayının yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, Yevlax rayonu, Xanabad kənd sakini, 65 yaşlı Kərimov Xaləddin Sabir oğlu avqustun 26-da balıq tutmaq üçün qayıqla suya girib. Lakin ehtiyatsızlıqdan yıxılaraq, suya düşərək boğulub.

Dalğıclar tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti 2 gün sonra, avqustun 28-də həmi ərazidə tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr balıqçı suda boğulmaq Mingəçevir su anbarı kriminal xəbərlər kriminal hadisələr

Mənbə: lent.az

Xəbər lenti