Gürcüstanda İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az-ın xəbərinə görə, saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında axtarılıb.
O, “xuliqanlıq və özgə əmlakını qəsdən zədələmə”də ittiham olunur.
Saxlanılma Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” nəzarət-buraxılış məntəqəsində həyata keçirilib.
Hazırda həmin şəxslə bağlı ekstradisiyadan əvvəl zəruri prosedurlar aparılır.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr İnterpol beynəlxalq axtarış Gürcüstan Azərbaycan xuliqanlıq cinayətkarMənbə: lent.az