IMG-LOGO

Şəmkirdə FACİƏ: azyaşlı qız əməliyyatdan sonra öldü

29 Aug 2026 09:56 2 baxış
IMG
1 0

Şəmkirdə azyaşlı qız əməliyyatdan sonra ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sərxan kəndində qeydə alınıb.

11 yaşlı kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.

TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə avqustun 26-da saat 10 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Avqustun 27-də saat 08:30 və 12:10-də pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və avqustun 27-də saat 13:40-da onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

Hadisələr boğaz əməliyyatı Şəmkir əməliyyatda ölümlər

Mənbə: lent.az

Xəbər lenti