IMG-LOGO

Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə TUTULDU

29 Aug 2026 11:55 2 baxış
IMG
1 0

Gürcüstanda İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az-ın xəbərinə görə, saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında axtarılıb.

O, “xuliqanlıq və özgə əmlakını qəsdən zədələmə”də ittiham olunur.

Saxlanılma Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” nəzarət-buraxılış məntəqəsində həyata keçirilib.

Hazırda həmin şəxslə bağlı ekstradisiyadan əvvəl zəruri prosedurlar aparılır.

Hadisələr İnterpol beynəlxalq axtarış Gürcüstan Azərbaycan xuliqanlıq cinayətkar

Mənbə: lent.az

Xəbər lenti