Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının finalından sonra baş verən dava və buna görə verilən cəzalar barədə fikirlərini bölüşüb.
Lent.az xəbər verir ki, Paredes İspaniya millisinin oyunçusuna verilən cəzadan narazı olduğunu deyib:
“Bizə verilən həddindən artıq sərt cəzadır. Qavinin cəmi bir oyunluq diskvalifikasiya olunması qəribədir, çünki sinəmə zərbə vuran məhz o idi”.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra 32 yaşlı Leandro Paredes və digər futbolçuların iştirakı ilə insident yaşanıb.
Araşdırmadan sonra Argentina millisindən Paredes 10, Nauel Molina 7 oyunluq diskvalifikasiya edilib. Tiaqo Almada və məşqçilər korpusunun üzvü Roberto Ayala, həmçinin İspaniya millisində yarımmüdafiəçi Qavi 1 oyunluq cəza alıblar.
Dünya çempionatı başa çatdıqdan sonra Paredes Argentina millisində karyerasını bitirməyi düşündüyünü bildirib.
O, milli komandanın heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə — 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.
Paredes Argentina millisində keçirdiyi 84 oyunda 5 qol vurub.
İdman xəbərləri futbol dünya çempionatı futbol cəzalarıMənbə: lent.az