IMG-LOGO

Yeni “Hyundai Tucson Hybrid” 242 at gücündə olacaq

29 Aug 2026 07:14 4 baxış
IMG
0 0

“Hyundai” növbəti nəsil “Tucson Hybrid” modelinin ilk texniki göstəricilərini açıqlayıb.

Lent.az xəbər verir ki, yeni hibrid krossover 1,6 litrlik mühərrik əsasında hazırlanmış sistemlə ümumilikdə 242 at gücü və 380 Nm-ə yaxın fırlanma anı əldə edəcək.

Modelin 0-dan 100 km/saatadək sürətlənməsi təxminən 8,5 saniyə təşkil edəcək.

“Hyundai” yeni “Tucson Hybrid”in yanacaq sərfiyyatının da yaxşılaşdırıldığını bildirir. Şirkətin təqdim etdiyi göstəriciyə görə, model 100 kilometrə təxminən 5,7 litr yanacaq sərf edə bilər.

Müqayisə üçün hazırkı ABŞ-spec Tucson Hybrid 231 at gücünə malikdir və rəsmi EPA göstəricisinə görə təxminən 6,2 l/100 km sərfiyyata sahibdir.

Hyundai Tucson

Mənbə: lent.az

Xəbər lenti