IMG-LOGO

İngiltərə klubları onu ala bilmir: əngəl fantastik QİYMƏTDİR

29 Aug 2026 10:35 4 baxış
IMG
1 0

“Mançester Siti” hücumçu Xulian Alvaresin geri qaytarılmasını müzakirə etmək üçün Madrid “Atletiko”su ilə əlaqə saxlayıb.

Lent.az xəbər verir ki, “şəhərlilər” Savinyo və Omar Marmuşun komandadan ayrılmasından sonra hücumçunun xidmətində maraqlıdır.

Məlumata görə, argentinalı futbolçu İngiltərəyə qayıtmaq istəmir. Onunla “Arsenal” da maraqlanır. Alvaresin transferinə mane ola biləcək digər amil isə onun qiymətidir. “Atletiko” 26 yaşlı hücumçunu ən azı 150 milyon avro dəyərində qiymətləndirir.

Alvares 2022–2024-cü illərdə “Mançester Siti”nin formasını geyinib. Bu müddətdə bütün turnirlərdə 103 oyuna çıxan futbolçu 36 qol vurub və 19 məhsuldar ötürmə edib.

İdman xəbərləri futbol transfer

Mənbə: lent.az

Xəbər lenti