IMG-LOGO

Bürclərin sevgi uyğunluğu: Kimlər bir-biri üçün ideal cütlükdür?

27 Aug 2026 19:04 2 baxış
IMG
30 0

Astrologiyada 12 bürc dörd ünsürə bölünür və onların hamısının bir-biri ilə eyni dərəcədə uyğun olduğu hesab edilmir.

Lent.az xəbər verir ki, Od ünsürü onu enerji ilə gücləndirən Hava ilə, Torpaq isə həyat verən Su ünsürü ilə daha yaxşı uyğunlaşır. Eyni ünsürə aid bürclərin də oxşar xarakter, ehtiyac və münasibət gözləntilərinə sahib olduqları üçün bir-birini daha asan başa düşdüyü bildirilir.

Od bürcləri: Qoç, Şir və Oxatan.

Torpaq bürcləri: Buğa, Qız və Oğlaq.

Hava bürcləri: Əkizlər, Tərəzi və Dolça.

Su bürcləri: Xərçəng, Əqrəb və Balıqlar.

Qoç

Qoç onun həyat tempinə uyğunlaşa bilən və spontan davranışlarını məhdudlaşdırmayan partnyor axtarır. Astroloqlar Qoç üçün Şir, Oxatan, Əkizlər və Dolçanı daha uyğun hesab edirlər.

Buğa

Buğa münasibətlərdə sabitlik, sədaqət və güvən hissinə böyük əhəmiyyət verir. Onun üçün Qız, Oğlaq, Xərçəng və Balıqlar yaxşı seçim hesab olunur.

Əkizlər

Əkizlər maraqlı, ünsiyyətcil və yeni təcrübələrə açıq insanlarla özlərini daha rahat hiss edirlər. Tərəzi, Dolça, Qoç və Şirlə münasibətlərinin daha uyğun ola biləcəyi bildirilir.

Xərçəng

Xərçəng üçün sevgi münasibətlərində qayğı, yaxınlıq və emosional təhlükəsizlik ön plandadır. Əqrəb, Balıqlar, Buğa və Qız onun üçün ən uyğun bürclər sırasında göstərilir.

Şir

Şir onun temperamentini qiymətləndirən və münasibətə özü də enerji qatan partnyora ehtiyac duyur. Qoç, Oxatan, Əkizlər və Tərəzi ilə yaxşı cütlük yarada bilər.

Qız

Qız etibar edə biləcəyi və münasibətlərə məsuliyyətlə yanaşan partnyoru yüksək qiymətləndirir. Buğa, Oğlaq, Xərçəng və Əqrəblə daha yaxşı uyğunlaşdığı hesab edilir.

Tərəzi

Tərəzi üçün ünsiyyət və münasibətdə darıxmamaq vacibdir. Əkizlər, Dolça, Şir və Oxatan Tərəzinin daha rahat münasibət qura biləcəyi bürclər hesab olunur.

Əqrəb

Əqrəb səthi münasibətlərdən çox dərin və güclü emosional bağ axtarır. Xərçəng, Balıqlar, Qız və Oğlaq onun üçün daha uyğun partnyorlar sırasında göstərilir.

Oxatan

Oxatan müstəqil, spontan və yeni macəralara hazır insan axtarır. Qoç, Şir, Tərəzi və Dolça ilə münasibətlərinin daha uğurlu ola biləcəyi bildirilir.

Oğlaq

Oğlaq münasibətlərə ciddi yanaşan və uzunmüddətli birlik qurmağa hazır partnyor istəyir. Buğa, Qız, Əqrəb və Balıqlar onun üçün uyğun seçimlər hesab edilir.

Dolça

Dolça üçün azadlıq və maraqlı söhbətlər xüsusilə vacibdir. Onu idarə etməyə və ya məhdudlaşdırmağa çalışan insanlarla münasibət qurmaqda çətinlik çəkə bilər. Əkizlər, Tərəzi, Qoç və Oxatan Dolça üçün daha uyğun hesab olunur.

Balıqlar

Balıqlar münasibətlərdə incəlik, anlayış və emosional yaxınlıq axtarırlar. Xərçəng, Əqrəb, Buğa və Oğlaqla daha güclü uyğunluq yarada biləcəkləri bildirilir.

Bürclər maraq maraqlı xəbərlər

Mənbə: lent.az

Xəbər lenti