ABŞ-da sosial şəbəkədə məşhurlaşmağa çalışdığı bildirilən iki uşaq anasının paylaşdığı görüntülər böyük qalmaqala səbəb olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatının Mayami şəhərində baş verib. 26 yaşlı Meliza Kampos-Sançes evində yanğın törətməkdə və azyaşlı qızlarına isti mum tökməkdə ittiham olunaraq həbs edilib.
55 min izləyicisi olan qadının paylaşdığı videolardan birində gümüşü maska taxaraq mətbəxdə rəqs etdiyi görünür. Daha sonra o, yerə topladığı paltarların üzərinə yanıcı maye tökür və alovun yüksəlməsini izləyir. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb.
Araşdırma zamanı Kampos-Sançesin azyaşlı qızlarının üzərinə isti mum tökdüyünü göstərən başqa görüntülər də aşkarlanıb. Videolar sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.
Görüntüləri araşdıran hüquq-mühafizə orqanları qadını saxlayıb. Hadisənin bütün təfərrüatları və uşaqların hazırkı vəziyyəti ilə bağlı araşdırma davam etdirilir.
Blogerlərin həbsi influencer Meliza Kampos-Sançes ABŞ Florida Mayami sosial şəbəkə Instagram uşaqlara zorakılıq evdə yanğın isti mum həbs qalmaqal





Mənbə: lent.az