IMG-LOGO

Çəyirtkələrin beynində qəribə qabiliyyət aşkarlandı

18 Aug 2026 03:36 2 baxış
IMG
1 0

Alimlər çəyirtkələrin beynində təhlükəli kimyəvi maddələri ayırd edə bilən neyronlar aşkar ediblər.

Lent.az xəbər verir ki, bu barədə Michigan State University məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, çəyirtkələrin beyin neyronları müxtəlif PFAS birləşmələrini bir-birindən fərqləndirə bilir. PFAS uzun müddət təbiətdə qalan və müxtəlif məhsullarda istifadə edilmiş kimyəvi maddələr qrupudur.

Alimlər bu qabiliyyətdən gələcəkdə ətraf mühitdə çirklənmənin müəyyənləşdirilməsi üçün bioloji sensorların hazırlanmasında istifadə etməyin mümkün olub-olmadığını araşdırırlar.

Çəyirtkə

Mənbə: lent.az

Xəbər lenti