Alimlər beyində iştah və çəkiyə təsir edən mexanizmin necə işlədiyini müəyyənləşdiriblər.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Kembric Universitetinin alimləri GIP reseptorunun beyindəki fəaliyyətini araşdırıblar. Tədqiqat siçanlar üzərində aparılıb və reseptorun müxtəlif şəkildə aktivləşdirilməsinin hər iki halda iştahanın azalmasına və çəki itkisinə səbəb ola bildiyi müəyyən edilib.
Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə piylənmənin müalicəsində daha effektiv dərmanların hazırlanmasına kömək edə bilər. Bununla belə, nəticələrin insanlar üzərində də eyni şəkildə işləyəcəyini müəyyən etmək üçün əlavə araşdırmalar tələb olunur.
arıqlamaq beyinMənbə: lent.az