IMG-LOGO

Xuliqanlıq edən “qanuni oğru” tutuldu

06 Dec 2023 14:45 226 baxış
IMG

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları “qanuni oğru” İka Qalski kimi tanınan 41 yaşlı İrakli Buliskeriyanı xuliqanlıq etdiyinə görə saxlayıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, fevralın 19-da Sankt-Peterburq otellərindən birində baş vermiş kütləvi dava və atışma səbəbindən saxlanılıb. Həmin şəxs hadisədən dərhal sonra şəhəri tərk edib, lakin bu yaxınlarda işin dayandruldığını düşünərək geri qayıdıb.

O, dekabrın 5-də saxlanılaraq şəhərin Admiralteyski rayonundakı istintaq şöbəsinə aparılıb. İndi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Mənbə: lent.az

Xəbər lenti