IMG-LOGO

"Mercedes-Benz"in baş dizayneri şirkətdən gedir

18 Dec 2025 03:35 8 baxış
IMG
0 1

"Mercedes-Benz" şirkətinin dizayn şöbəsinin rəhbəri Qorden Vagener 28 ildən sonra vəzifəsindən ayrılacaq.

Lent.az xəbər verir ki, bu barədə "Autocar" nəşri məlumat yayıb.

Baş dizayner yanvar ayında şirkəti tərk edəcək. O, karyerası ərzində həm istehsal modellərinin dizaynını, həm də alman avtomobil istehsalçısının daxili dizayn mədəniyyətini köklü şəkildə dəyişdirib.

Məlumata görə, 1997-ci ildə "Mercedes"ə qoşulan və 2008-ci ildən şirkətin qlobal dizayn bölməsinə rəhbərlik edən 56 yaşlı mütəxəssisin yerinə "Mercedes" şirkətinin AMG idman avtomobilləri bölməsinin dizayn rəhbəri Bastian Bodi gələcək.

Qorden Vagener

Xəbər lenti